Stomatoloq Minko: qoz-fındıq və quru meyvələr diş minasına zərər verə bilər.
Diş həkimi Vyaçeslav Minko bildirib ki, müəyyən qidaların qəbulu xüsusilə diş sağlamlığı üçün zərərlidir.
E-saglam.az xəbər verir ki, həkim NEWS.ru ilə söhbətində onlardan ən zərərlilərinin adını çəkib .
Minkonun sözlərinə görə, insan konfet yedikdə şəkər uzun müddət dişlərlə qarşılıqlı əlaqədə olur ki, bu da onlara çox zərər verir. “Və əgər siz karamelləri dişləsəniz, o, diş ətinizə xəsarət yetirə və ya minanı zədələyər. Fındıq, qoz, kraker, quru meyvələr minaya zərər verə bilər”, - deyə həkim izah edib.
Şirin qazlı içkilər də dişləriniz üçün təhlükəlidir. Onların zərərini azaltmaq üçün Minko belə içkiləri çubuqlar vasitəsilə içməyi məsləhət gördü. O, əlavə edib ki, sitrus meyvələri və təzə sıxılmış şirələr də diş minası üçün yaxşı deyil, çünki tərkibində çoxlu turşu var.
Bundan əlavə, həkim kofe içkilərinin həddindən artıq istehlakı barədə xəbərdarlıq edib.
Tərcümə etdi: Könül Oruc