Yandex watch
Diş əti qanamasının gizli səbəbləri:

Diş əti qanaması çox vaxt laqeyd edilən, lakin ciddi sağlamlıq problemlərinə işarə edə bilən bir haldır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu, ağız infeksiyalarından sistem xəstəliklərinə qədər müxtəlif səbəblərdən qaynaqlana bilər.

Diş əti qanamasının əsas səbəbləri

  • Diş əti infeksiyaları: Diş daşı və bakterial lövhələr iltihaba və qanamaya səbəb ola bilər.

  • Sistem xəstəlikləri: Şəkərli diabet, leykemiya və qan laxtalanma pozğunluqları diş ətinə mənfi təsir göstərir.

  • Hormonal dəyişikliklər: Hamiləlik, yeniyetməlik və menopoz dövrlərində diş ətində həssaslıq və qanaxma müşahidə olunur.

  • Ağız quruluğu: Ağızdan nəfəs almaq tüpürcək istehsalını azaldaraq bakteriyaların yığılmasına və diş əti infeksiyalarına səbəb olur.

  • Siqaret və alkoqol: Siqaret qan dövranını zəiflədir, alkoqol isə ağız quruluğuna və iltihaba gətirib çıxarır.

Qorunma yolları

  • Ağız gigiyenası: Dişlərin mütəmadi fırçalanması və diş ipindən istifadə vacibdir.

  • Düzgün fırçalama texnikası: Diş ətindən dişlərə doğru süpürmə hərəkəti edilməlidir.

  • Ağız qarqaraları və irriqatorlar: Bakteriyaların qarşısını almaq üçün ağız gigiyenasına kömək edir.

  • Müntəzəm diş müayinələri: Diş daşı təmizliyi və erkən diaqnostika sağlam diş ətini qorumağa kömək edir.

Diş əti qanaması gözardı edilməməli və erkən müdaxilə ilə ciddi sağlamlıq problemlərinin qarşısı alınmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az