Tibbi xəbərlər
Diş çöpündən tez-tez istifadə bu xəstəliyin
Tibbi xəbərlər
250

Diş çöpündən tez-tez istifadə bu xəstəliyin əlaməti ola bilər

Siz bunun sadəcə yemək qalıqları olduğunu düşünə bilərsiniz, amma diş çubuğuna tez-tez ehtiyac duymaq əslində ağızda bir problemin əlamətidir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yeməkdən sonra dişlər arasında qida hissəciklərinin ilişib qalması və bunun mütəmadi olaraq diş çubuğu ilə təmizlənməsi sağlamlıq baxımından normal deyil.

Sağlam dişləri və diş ətləri olan insanlarda yeməkdən sonra ağız su ilə yaxalandıqda bu hissəciklər asanlıqla çıxar. Əgər siz daim diş çubuğuna ehtiyac duyursunuzsa və onsuz narahatlıq hiss edirsinizsə, bu, çürük, diş əti xəstəliyi, qırıq plomb və ya dişlər arasında boşluq kimi problemlərin göstəricisi ola bilər. Belə hallarda stomatoloq müayinəsi mütləqdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdişin nəticəsi olaraq diş ətində “periodontal cib” adlanan təhlükəli bir vəziyyət yarana bilər. Diş ətinə kənar müdaxilə iltihaba səbəb olur, zamanla dişlə diş əti arasında boşluq yaranır, bu boşluqda bakteriyalar artır və nəticədə dişin boşalması, hətta düşməsi baş verir.

Bundan başqa, diş çubuqları steril şəkildə qablaşdırılmadıqda mikroblarla təmas riski artır. Xüsusilə diş ətində açıq yara olduqda bu cür qeyri-steril alətlərlə təmas stomatit kimi ağız infeksiyalarına yol aça bilər.

Stomatoloqlar diş çubuğu əvəzinə diş ipi və ya diş arası fırça kimi daha təhlükəsiz və tibbi vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Ağız sağlamlığı üçün gündəlik təmizliyə diqqət etmək və periodik həkim müayinələrini unutmaq olmaz.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun