Prof. Dr. Birkan Taha Özkan diş çəkilməsinin sadə görünməsinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr üçün ciddi risklər daşıdığını bildirib.
E-saglam.az xəbər verir ki, həkim vurğulayıb ki, hər diş çıxarılması cərrahi müdaxilə sayılır. Əməliyyat zamanı anatomik quruluşlar qorunmalı, steril şərait təmin edilməli və dəqiq planlama aparılmalıdır.
Uşaqlarda xüsusi yanaşma vacibdir
Uşaqlarda çənə sümüyü hələ tam formalaşmadığı üçün diş çəkilişi daha çox diqqət tələb edir. Həkim deyir ki, rentgen və klinik müayinə olmadan heç bir müdaxilə edilməməlidir.
İlk 72 saat çox önəmlidir
Diş çəkildikdən sonra ilk 3 gün qan laxtasının əmələ gəlməsi və sümük toxumasının bərpası üçün kritik dövrdür. Bu dövrdə sadə, amma vacib tədbirlər infeksiyadan və ağırlaşmalardan qoruyur.
Nələrə diqqət etməli?
Siqaret və elektron siqaretdən uzaq durun
Soyuq kompreslə qanaxmanı nəzarətdə saxlayın
Həkimin verdiyi dərman və qarqaralardan istifadə edin
Ən çox rast gəlinən fəsadlar
Çənə sinirlərinin zədələnməsi
Sümük qırıqları
Uzun müddətli qanaxma
Çənə oynağının zədələnməsi
Həddindən artıq güc tətbiq etmək, xüsusilə alt çənə dişlərində daha təhlükəli ola bilər. Belə halların qarşısını almaq üçün əməliyyat yalnız mütəxəssis tərəfindən və tam steril şəraitdə aparılmalıdır.
Tərcümə: Könül Oruc