
Diş absesi ciddi infeksiya olub, şiddətli ağrı və şişlik yaradır. Müalicə olunmazsa, infeksiya yayılıb daha ağır problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, əgər dişinizdə şiş və ağrı varsa, onun çürük, boşluq və ya böyük plomba görə olub-olmadığını yoxlamaq vacibdir. Bəzən diş əti iltihabı və ya qida qalıqları da oxşar narahatlıq yarada bilər.
Diş absesi infeksiya səbəbilə yaranır və əsas həll yolu kanal müalicəsidir. Yoluxmuş sinirlər təmizlənərək dişin saxlanması təmin edilir.
Ev şəraitində müvəqqəti ağrı azaldan üsullar
Buz tətbiqi: Şişkinliyi və ağrını azaltmağa kömək edir.
Başın yüksəldilməsi: Gecə ağrısını azaltmaq üçün bir neçə yastıqdan istifadə edin.
Duzlu su ilə qarqara: İltihabı azaltmağa kömək edə bilər.
Ağrıkəsicilər və antibiotiklər: İbuprofen kimi dərmanlar müvəqqəti rahatlıq versə də, antibiotiklər yalnız həkim nəzarətində istifadə edilməlidir.
Fistula (diş sızanaqları) və risklər
Dişin ətrafında sızanaq kimi quruluş infeksiyanın boşaldığını göstərə bilər. Ancaq bu, infeksiyanın keçdiyi anlamına gəlmir və müalicə vacibdir.
Nəticə
Diş absesi təkcə ağrı deyil, ciddi sağlamlıq problemi yarada bilər. Erkən müalicə üçün diş həkiminə müraciət etmək və müvafiq prosedurları gecikdirməmək vacibdir.
Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.
Tərcümə: Könül Oruc