Tibbi xəbərlər
Dırnaqlarınızı belə kəsməyin:
Tibbi xəbərlər
117

Dırnaqlarınızı belə kəsməyin: infeksiya riski yaradır

Dırnaq baxımı gündəlik gigiyenanı qorumaq üçün vacibdir. Lakin dırnaqları çox qısa kəsmək, sağlamlıq baxımından ciddi risklər yarada bilər.

E-saglam.az sözügedən riskləri təqdim edir:

1. İnfeksiya riski artır

Çox qısa kəsilmiş dırnaqlarda dırnaq yatağı açıq qalır. Bu həssas sahə mikroblara qarşı müdafiəsizdir. Gün ərzində əllərin və ayaqların müxtəlif səthlərlə təması mikroorqanizmlərin dəriyə keçməsini asanlaşdırır. Nəticədə dəri infeksiyası, qızartı və ağrı baş verə bilər.

2. Dırnaq batması riski

Xüsusilə ayaq dırnaqlarında çox rast gəlinən batma problemi, əsasən dırnağın künclərinin dairəvi və ya çox qısa kəsilməsindən qaynaqlanır. Dırnaq böyüdükcə dəriyə doğru uzanır, bu da ağrı, iltihab və yerimədə çətinliyə səbəb olur.

3. Ağrı və iltihab

Dezinfeksiya olunmamış qayçı və ya fayl istifadə edilərsə, bakteriyalar dırnaq ətrafına keçə bilər. Bu isə qızartı, şişkinlik və dözülməz ağrılarla nəticələnə bilər. Alətlərin təmizliyi vacibdir.

4. Dırnaq forması pozula bilər

Dırnaqları davamlı olaraq çox qısa kəsmək dırnaq yatağının təbii formasını dəyişə bilər. Bu zaman yeni çıxan dırnaqlar səthlə tam təmasda olmur, dalğalı və qeyri-bərabər şəkildə uzanır. Uzun müddətdə kövrək və zəif dırnaqlara səbəb ola bilər.

5. Təbii müdafiə zəifləyir

Dırnaq və dəri arasında olan təbii qoruyucu maneə çox qısa kəsimlə pozulur. Bu da xarici təsirlərə qarşı bədəni daha həssas edir.

Nə etmək lazımdır?

 

  • Dırnaqları düz və orta uzunluqda kəsmək tövsiyə olunur.

  • Dırnaq ucunda azca ağ hissə qalmalıdır.

  • Alətləri paylaşmayın və hər istifadədən əvvəl dezinfeksiya edin.

  • Qısa kəsmək əvəzinə dırnaq faylından istifadə daha təhlükəsizdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun