Dr. Səma Karaoğlu dırnaqlarda rəng və forma dəyişikliklərinin bəzi xəstəliklərin əlaməti ola biləcəyini deyib.
E-saglam.az xəbər verir ki, o, həmçinin bədəndəki xəstəliklərin də dırnaq quruluşunda dəyişikliklərə yol aça biləcəyini vurğulayıb.
Ən çox yayılmış dırnaq problemləri
Dr. Karaoğlu, cəmiyyətdə ən çox rast gəlinən dırnaq problemlərinin göbələk infeksiyaları və dırnaq batmaları olduğunu bildirib. O, xüsusilə yay mövsümü sonrasında dırnaq göbələklərinin artdığına diqqət çəkib. Göbələk infeksiyaları əllərdə də yarana bilər, lakin daha çox ayaqlarda görülür. Bu, dırnaqlarda qalınlaşma, qabalaşma və xırdalanma kimi əlamətlərlə özünü göstərir.
Dırnaqlarda çuxurlar və rəng dəyişiklikləri
Dr. Karaoğlu, dırnaqlardakı çuxurların qan azlığının əlaməti olduğunu qeyd edib. Həmçinin, dırnaqlarda rəng dəyişikliklərinin bədənimizdəki başqa xəstəliklərin göstəricisi ola biləcəyini bildirib. Məsələn, sədəf xəstəliyində də dırnaqlarda oxşar dəyişikliklər meydana gəlir.
Dırnaq batması və düzgün kəsmə
Dırnaq batması şikayətinə tez-tez rast gəlindiyini deyən Dr. Karaoğlu, bunun səbəbini düzgün kəsilməməkdə gördü. Dırnaqlar düz kəsilməlidir, əks halda ovallaşdırılaraq dibinə doğru formalaşdırılarsa, batmalar yaranır. Hamiləlikdə dar ayaqqabılar geyinmək və ayağın şişməsi də bu problemin yaranmasına səbəb olur. Batma problemi ya cərrahi müdaxilə ilə, ya da tel mismarla həll edilə bilər.
Tövsiyələr
Dr. Karaoğlu, düzgün diaqnoz və müalicə ilə dırnaq xəstəliklərinin müalicə edilə biləcəyini bildirib və manikür, protez dırnaqlarından və tez-tez dırnaq yemək vərdişlərindən qaçmağı tövsiyə edib. Bu cür vərdişlər dırnaqların asanlıqla qırılmasına və zədələnməsinə səbəb olur.
Könül Oruc