Tibbi xəbərlər
Dırnaqlardakı bu xətlər ürək problemlərini
Tibbi xəbərlər
233

Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər

Ürək problemlərinin əlamətlərindən biri dırnaqlarda görünə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə "Ekspress" nəşrinə məlumat verən həkim Ceyms O'Donovan insanları dırnaq altında yaranan tünd ləkələrə, xüsusilə də qırıq qanaxmalara diqqətli olmağa çağırıb.

O bildirir ki, dırnağın üst hissəsində görünən nazik, tünd xətt şəklindəki cizgilər qırıq qanaxmalar adlanır. Bu izlər dırnaq yatağında yerləşən kiçik qan damarlarının (kapilyarların) zədələnməsi nəticəsində yaranır.

Dırnaqlarda müşahidə olunan bu tip xətt və ya ləkələr müxtəlif səbəblərdən, o cümlədən:

- Dırnaq yatağının zədələnməsi,

- Raynaud xəstəliyi kimi bəzi sistem xəstəlikləri,

- Endokardit – ürəyin daxili qişasının iltihabı (xüsusilə də yoluxucu mənşəli) ilə əlaqəli ola bilər.

Qeyd edək ki, endokardit əlamətləri bəzən zəif ifadə olunur və həftələrlə, bəzən isə aylarla yavaş şəkildə inkişaf edir. Lakin bəzi hallarda bu simptomlar qəfil və sürətlə ortaya çıxa bilər.

Həkim Ceyms O'Donovan bu cür əlamətlərin yaranması halında həkimə müraciət etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun