Medipol Universiteti Xəstəxanasından Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Nihat Okçu qarının yuxarı hissəsində qəfil ağrıların infarkt əlaməti ola biləcəyini bildirib. Ağrının ciddi qəbul edilməsi lazım olduğunu vurğulayan mütəxəssis 15 dəqiqədən çox davam edən ani və şiddətli ağrılar zamanı təcili yardıma müraciət etməyi tövsiyə edib.
E-saglam.az xəbər verir ki, Prof. Dr. Nihat Okçu qarın ağrısının cəmiyyətdə ümumi bir narahatlıq olduğunu və ciddi sağlamlıq problemlərinin əlaməti ola biləcəyini bildirib:
“Qarının yuxarı hissəsində qəfil şiddətli ağrılar ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu ağrılar ürək və ağciyər kimi qabırğa qəfəsindəki orqanların xəstəlikləri ilə bağlı olur. Mədə, qaraciyər, öd kisəsi kimi orqanların yerləşdiyi qarının yuxarı hissəsində yaranan ağrılar çox vaxt bu orqanlarla əlaqəli olsa da, infarkt nəticəsində yaranan ağrılar bu bölgədə də hiss oluna bilər. Xüsusilə ürəyin diafraqmaya baxan alt səthində inkişaf edən ürək infarktı qarının yuxarı hissəsində şiddətli ağrılara səbəb olur. Bu səbəbdən 15 dəqiqədən çox davam edən ani və şiddətli ağrılar zamanı təcili yardıma müraciət etmək çox vacibdir.
Qarın ağrılarının çoxu yüngül və ya orta dərəcədə və keçicidir. Digərlərində isə altda yatan ciddi bir xəstəlik səbəbiylə həyati təhlükə yarana bilər. Qarının orta-aşağı hissələrində meydana gələn ağrılarda nazik, yoğun bağırsaq xəstəlikləri, ifrazat xəstəlikləri və cinsi orqan xəstəlikləri nəzərə alınmalıdır. Qarın ağrısının şiddətinə, bölgəsinə, yayılmasına, müddətinə və digər şikayətlərlə əlaqəsinə də diqqət yetirmək lazımdır”.
Mütəxəssis qarın ağrısının mənbəyinin müayinə və bəzi köməkçi diaqnostik üsullardan istifadə etməklə təyin oluna bildiyini vurğulayıb. Bəzi qarın ağrıları pəhriz və dərmanla müalicə edilə bildiyi halda, bəziləri üçün cərrahi müdaxilə tələb oluna bilir.