Endokrinoloq Dilyarə Lebedeva diabetin ilkin əlamətlərindən danışıb.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, həkim, şəkərli diabetin ilk təzahürlərindən birinin gecə şəkər səviyyəsinin kəskin sıçrayışları nəticəsində baş verən səhərlər zəiflik və yorğunluq vəziyyəti olduğunu söylədi. Bundan əlavə, şəkərli diabetin ilkin əlamətlərinə tez-tez tualetə getmək və gecələr sidiyə getmə istəyi ilə oyanmaq daxildir.
Lebedeva digər mümkün simptom kimi qəfil əhval dəyişikliyi adlandırıb.
Həkim belə simptomları olanlara qan şəkərinin səviyyəsini yoxlamağı tövsiyə edib.
Dilyarə Lebedeva vurğulayıb ki, mövcud şəkərli diabetin erkən aşkarlanması insanı bir çox təhlükəli fəsadlardan, o cümlədən ürək-damar xəstəliklərindən, qaraciyərin piylənməsindən, böyrək çatışmazlığından xilas edir.
Tərcümə etdi: Könül Oruc