Tibbi xəbərlər
Diabetdə inqilabi bir kəşf:
Tibbi xəbərlər

Diabetdə inqilabi bir kəşf: İnsulin iynələri tarixə çevrilə bilər

Dünyada 425 milyon diabet xəstəsi var və onların 75 milyonu hər gün insulin iynəsi vurmaq məcburiyyətindədir. Alimlər yeni bir metod taparaq insulinin ağız vasitəsilə qəbulunu mümkün ediblər. Bu üsul sayəsində insulin kapsul və ya şokolad içərisində qəbul edilə bilər.

E-saglam.az xəbər verir ki, insulin nano daşıyıcılarda saxlanılır və bədənə çatdırılarkən parçalanmadan qalır. Sidney Universitetinin alimləri bu texnologiyanı inkişaf etdirərək insulinin yalnız qaraciyərdə aktiv olmasını təmin edən xüsusi örtük hazırlayıblar.

Bu üsul, insulin iynələrindən fərqli olaraq, bədənin ehtiyac duyduğu bölgələrə insulin göndərir və yan təsirləri azaldır. Şpris vasitəsilə insulin qəbul edildikdə isə o, bütün bədənə yayılaraq yağ yığılmasına və hipoqlikemiyaya səbəb ola bilər.

Yeni metodla klinik sınaqlar 2025-ci ildə başlayacaq. Əgər müsbət nəticələr əldə olunarsa, bu dərmanın 2-3 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Bu isə diabet xəstələri üçün iynəsiz bir gələcək vəd edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun