Qastroenteroloq Dianova: Qırmızı ət şəkərli diabet riskini 62% artırır.
E-saglam.az xəbər verir ki, qastroenteroloq və diyetoloq Nuriya Dianova qırmızı əti şəkər xəstələri üçün ən təhlükəli məhsul adlandırıb. O, bu fikri RİA Novosti ilə söhbətində bildirib.
Dianova bildirib ki, 2023-cü ildə ABŞ-də tamamlanan genişmiqyaslı araşdırma qırmızı ətin əhəmiyyətli dərəcədə istehlakının şəkər xəstəliyinə tutulma riskini 62 faiz artırdığını göstərib. Bununla belə, yalnız bir porsiya ətin qoz-fındıq və ya paxlalılar kimi bitki mənşəli protein mənbələri ilə əvəz edilməsi bu xəstəliyin inkişaf ehtimalını 30 faiz azaldır.
Qastroenteroloq bu kəşfini belə izah edib: "Dəmir, ətdə olan doymuş yağlar və kimyəvi konservantlar bədəndə iltihab və oksidləşdirici stress yaradır".
"Bu proseslər öz növbəsində daxili orqanlarda piylərin yığılmasına və insulin müqavimətinə gətirib çıxarır ki, bu da şəkərli diabetin yaranmasına səbəb olur”, - deyə həkim bildirib.
Tərcümə: Könül Oruc