Tibbi xəbərlər
Detoks suları həqiqətən effektlidir?
Tibbi xəbərlər
140

Detoks suları həqiqətən effektlidir?

Arıqlamaq, sağlam həyat haqqında düşünən insanların sözsüz ömründə heç olmasa bir dəfə müraciət etdiyi üsullardan biri detoks suyu içməkdir. Detoks suyu içərək sağlam bədənə nail olmağın elmi cəhətdən hər hansısa bir təsdiqi yoxdur. İşin sirri detoks suyunda yox, sadəcə su içməkdədir.

Bu sözləri E-saglam.az-a açıqlamasında terapevt, kardioloq, farmakoloq Dr. Aida Mirzəyeva bildirib.

Onun sözlərinə görə, arıqlamaq və toksinlərdən azad olmaq üçün detoks sularının əvəzinə sağlam və düzənli qidalanmaq, fiziki aktivlik etməklə daha sağlam və qalıcı nəticələr əldə edə bilərsiniz.

Bəzi “detoks uzmanlarının” tövsiyəsi, yaxud öz başına şəkildə orqanizmin gün ərzində qəbul etməli olduğu vitamin və mineralları bəzi insanlar qatı qidalardan yox, sadəcə sudan əldə etməyə çalışırlar. Bu da orqanizm üçün olduqca zərərli üsuldur. Suya limon suyu sıxıb ac qarına içmək, səhər-səhər zəncəfilli acı su içmək və s. mədə düşməni vasitələrdir. O insanlar suya hər hansı əlavələr etmək məcburiyyətində qalırlar ki, onlar adi su içə bilmirlər. Bu zaman da suyun tərkibi və içilmə saatı olduqca vacib məqamdır.

Sağlam göz, dəri, formalı bədən üçün orqanizmin toksinlərdən təmizlənməsi sözsüz çox vacibdir. Formul çox sadədir. Gün ərzində ümumi çəkinizə uyğun yetərli miqdarda su için.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun