Tibbi xəbərlər
Dərmanları bədənin düzgün hissələrinə çatdıran
Tibbi xəbərlər
756

Dərmanları bədənin düzgün hissələrinə çatdıran mikrorobotlar yaradılıb

Kaliforniya Texnologiya İnstitutunun alimləri dərmanları bədənin düzgün hissələrinə dəqiq çatdıra bilən mikrorobotlar yaradıblar.

E-saglam.az xəbər verir ki, bu barədə “Science Robotics” jurnalında dərc olunan məqlada bildirilir.

Bildirilib ki, mikrorobotlar terapevtik dərmanları daşıya bilən hidrogeldən hazırlanmış sferik strukturlardır:

“Onları yaratmaq üçün alimlər strukturları nanometr dəqiqliyi ilə “çap etməyə” imkan verən iki fotonlu polimerləşmə texnikasından istifadə ediblər. Bu, diametri təxminən 30 mikron (təxminən insan saçının qalınlığı) olan toplar əldə etməyə imkan verib”, - məqalədə qeyd olunur.

Qeyd olunub ki, mikrorobotlar hərəkətləri üçün lazım olan hava qabarcıqlarını saxlayan mikro boşluqlarla təchiz olunub:

“Ultrasəsin təsiri altında bu qabarcıqlar titrəyərək robotları hədəfə doğru hərəkət etdirən maye axınları yaradır. Cihazların hərəkəti ultrasəs skanının köməyi ilə real vaxt rejimində idarə oluna bilir ki, bu da müalicəyə nəzarəti və tənzimlənməyi asanlaşdırır”.

Elmi məqalıdı bildirilir ki, mikrorobotlar artıq sidik kisəsi şişləri olan laboratoriya siçanları üzərində sınaqdan keçirilib:

“Onlar şişləri ənənəvi üsullarla müqayisədə daha effektiv şəkildə azaltmağa kömək ediblər”. (Yeniavaz.com)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun