Dərmanların təhlükəsizliyi onların düzgün saxlanması ilə sıx bağlıdır. O cümlədən evdə. Hər kəsin evində müxtəlif həblərin yığıldığı bir yeri var. Xəstəlikdən sonra qalanlar və ya davamlı olaraq alınması lazım olanlar. Çox vaxt bu, mətbəxdə sadəcə bir qutu və ya rəfdir. Və qeyd edək ki, bu səhvdir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər təhlükəsizlik məqsədilə və dərmanların bütün xassələrini qorumaq üçün onları uşaqlardan qorunan qapaqlı, hava keçirməyən qabda saxlamağı məsləhət görürlər. Bu halda, hər bir dərman üçün saxlama şərtlərini oxumağınızdan əmin olmalısınız. Bu, təlimatlarda ətraflı qeyd olunur.
Bəzi dərmanların otaq temperaturunda qaranlıq yerdə saxlanması tövsiyə olunur, digərləri soyuducuda saxlanmalı olacaq. Bu zaman isə dərmanların soyuducudan uşaqların əllərinə keçməsinin qarşısını necə almaq barədə də düşünməli olacaqsınız.
Bir çox insanlar uşaq və böyüklər üçün dərmanları bir yerdə saxlayır. Ancaq bunu etmək yaxşı deyil. Fövqəladə hallarda, əlləriniz titrədikdə və körpəyə tez kömək etmək istədiyiniz zaman, hər şeyi qarışdıraraq böyüklər üçün olan həbləri götürə bilərsiniz.
Dərman üçün təlimatları oxumaq vacibdir
Birincisi, dərmanın saxlanma şərtlərini həmişə təlimatdan oxuyaraq öyrənə bilərsiniz. Həkiminiz dozanı təyin etsə də, həmişə yeməkdən əvvəl və ya sonra bu dərmanı qəbul etməyin tövsiyə olunduğunu görə bilərsiniz.
İkincisi, yaşlı insanlar, hətta gənclər də daimi istifadə üçün yazılan dərmanların təlimatlarını oxumamaqla günah işlədirlər. Və bu da yanlışdır. Vaxt keçdikcə təlimatlar yeni məlumatlar ilə yenilənir və siz bundan xəbərsiz qala bilərsiniz. Bu, onların təhlükəsizliyinə və effektivliyinə aiddir.
Dərmanı düzgün saxlayın və düzgün qəbul edin
Dərmanları orijinal qablaşdırmada saxlayın. Tabletlər eyni görünür, buna görə dərmanın nə olduğunu və onu necə qəbul edəcəyinizi biləcəksiniz.
Heç vaxt başqasının dərmanını qəbul etməyin
Dərmanın dozası sizin üçün uyğun olmaya bilər və artıq qəbul etdiyiniz dərmanların mənfi təsirləri ola bilər.
Dərmanınızı qəbul etmək üçün işığı yandırın
Əgər gecə dərman qəbul edirsinizsə və görə bilmirsinizsə, səhv dərman qəbul edə bilərsiniz.
Dərmanları hamamda və ya işıqlı yerdə saxlamayın.
Rütubət, istilik və işıq dərmanların effektivliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
İnsan dərmanlarını ev heyvanı dərmanlarından və ya məişət kimyəvi maddələrindən ayrı saxlayın
Bu, qarışıqlıq ehtimalını aradan qaldıracaq.
Kapsulları və ya tabletləri çeynəməyin, əzməyin və ya sındırmayın
Uzun müddət istifadə olunan dərmanların çox tez udulması təhlükəli ola bilər. Həmçinin, bu şəkildə istifadə edilərsə, dərmanlar təsirsiz ola bilər.
Bir neçə dərmanın qəbulunu əvvəlcədən sistemləşdirmək üçün bir həb qutusundan istifadə edə bilərsiniz. Orada həm qəbul saatları, həm də gün ərzində qəbul edəcəyiniz dərmanları təşkil edə bilərsiniz.
Saxlama müddəti üçün ilk yardım çantasındakı dərmanların mütəmadi olaraq yoxlanması çox vacibdir. İstifadə müddəti bitmiş dərmanlardan xilas olmaq lazımdır, çünki bəzi vaxtı keçmiş dərmanlar çox təhlükəli ola bilər!
Tərcümə etdi: Könül Oruc