Yüksək qan təzyiqinin öhdəsindən gəlmək mümkündür.
E-saglam.az xəbər verir ki, arterial təzyiqə nəzarətdə kritik rol oynayan böyrəklərdən sinirlərə müdaxilə edərək, yüksək təzyiqlə dərmansız mübarizə apara bilərsiniz.
Liv Hospitalın Kardiologiya Mütəxəssisi Prof. Dr. Mehmet Vefik Yazıcıoğlunun sözlərinə görə, təzyiq yüksəldiyi zaman böyrəklərdə olan sinirlər bədənə "təzyiq qaldır" siqnalı göndərir:
"Böyrək denervasiya müalicəsi bu sinirləri təsirsiz hala gətirərək təzyiqi azaltmağa kömək edir. Böyrək denervasiyası adətən lokal anesteziya altında minimal invaziv bir prosedurdur, kiçik kəsiklər vasitəsilə edilir. Həkim kateteri damarlarınızdan böyrəklərinizə keçirir və oradakı sinirləri zərərsizləşdirir. Bu, prosedur adətən təxminən bir saat çəkir və xəstələr həmin gün evə gedə bilirlər. Bu müalicə üsulu yüksək təzyiqi olan və dərmanlara reaksiya verməyən xəstələr üçün ümidvericidir".
Tərcümə etdi: Könül Oruc