Yandex watch
Dərman deyil, zəhərdir! Mütəxəssislər bu dərmanlara qarşı

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün istifadə edilmədikdə sağlamlıq üçün risklər yarada bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, öskürək siropları, virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər, aktivləşdirilmiş kömür və ürək damcıları gözlənilən faydanı verə bilməz. Bu məhsulların bəziləri sağlamlığa mənfi təsir göstərə bilər.

Antiviral drəmanlar həmişə lazımlı deyil

Araşdırmalara görə, orqanizm bəzi viruslarla təkbaşına mübarizə apara bilir və SARS kimi xəstəliklər adətən bir həftə ərzində öz-özünə yox olur. Bu o deməkdir ki, bütün hallarda antiviral dərmanların istifadəsi lazımsızdır.

Nəzarətsiz istifadəsi riskli ola bilər

Mütəxəssislər öskürəyin sadəcə bir əlamət olmadığını, həm də ağciyərləri təmizləyən təbii bir proses olduğunu bildirərək, öskürəkdən qoruyan dərmanların həddindən artıq istifadəsi nəticəsində bəlğəmin yığılmasının müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola biləcəyini vurğulayırlar. Eynilə, bəlğəmgətiricilərin yanlış istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər dərman qəbul etmək əvəzinə çoxlu maye içməyi və ballı çay kimi təbii üsullardan istifadə etməyi daha təsirli həll yolunu tövsiyə edir.

Ürək damarlarına zərərli təsiri

Bəzi bitki mənşəli ürək damcılarının tərkibindəki fenobarbital səbəbiylə uzun müddətli istifadədə yuxu pozğunluğu və depressiya kimi mənfi təsirlərə səbəb ola biləcəyi ifadə edilir. Mütəxəssislər bu cür dərmanların yalnız həkim tövsiyəsi ilə qəbul edilməsini tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az