Xəstəliklər
Dərinizin rəngi tündləşir?
Xəstəliklər

Dərinizin rəngi tündləşir? Səbəbi bu xəstəlik ola bilər

E-saglam.az xəbər verir ki, bağırsaqların düzgün işləməsi vitamin və mineralların sorulmasını təmin edərək dəriyə parlaqlıq qazandırır.

Həzm sistemində yaranan iltihab dərinin solğun və yorğun görünməsinə səbəb ola bilər. Göz altındakı qara dairələr də bağırsaq problemlərinin əlaməti ola bilər.

Tədqiqatlar göstərir ki, həzm problemləri olan insanlarda dərinin quruluğu və solğunluğu daha çox müşahidə edilir.

Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün lif və antioksidantlarla zəngin qidalar istehlak edilməlidir. Probiyotiklər bağırsaq florasını tarazlaşdıraraq dəri sağlamlığını dəstəkləyir.

Kifayət qədər istirahət və yuxu bağırsaqların normal fəaliyyətini təmin edir. Stressin idarə olunması həzm sisteminə müsbət təsir edərək dəri problemlərini azalda bilər.

Alkoqol və zərərli qidalar bağırsaq mikroflorasını pozaraq dərinin rəngini dəyişə bilər. Sağlam bağırsaq üçün bol su içmək və balanslı qidalanmaq vacibdir.

Bağırsaq sağlamlığına diqqət etməklə dərinin parlaqlığını və təravətini qorumaq mümkündür. Həzm sistemini gücləndirən qidalar dəri problemlərinin qarşısını almağa kömək edir.

Sağlam həyat tərzi qəbul edərək həm daxili, həm də xarici görünüşünüzü yaxşılaşdıra bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun