Yandex watch
Dəriniz portağal qabığı kimi görünürsə, diqqət:

Selülit və piylənmə ilə tez-tez qarışdırılan lipedema təkcə estetik deyil, ciddi sağlamlıq problemi ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, estrogen hormon balanssızlığı ilə bağlı yaranan bu xəstəlik əsasən qadınlarda rast gəlinir və bədənin aşağı nahiyələrində, xüsusilə ayaq və ombalarda qeyri-normal yağ yığılması ilə özünü göstərir. Təsirlənmiş bölgələrdə həssaslıq, ağrı və asan göyərmə lipedemanın tipik əlamətləridir.

Lipedema qadınların təxminən 11 faizində rast gəlinir və xəstələrin əksəriyyəti həyat keyfiyyətində ciddi azalma yaşayır. Müalicə olunmadıqda limfedemaya və ciddi hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Xəstəlik dörd mərhələdə inkişaf edir və erkən mərhələdə portağal qabığı görünüşü ilə müşahidə olunur.

Pəhriz və idman bu prosesi yavaşlada bilər, lakin ümumilikdə tam müalicə üçün kifayət deyil.

Bu tip şikayətləri olanların vaxtında mütəxəssisə müraciət etməsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az