Yandex watch
Dəridəki bu əlamətə diqqət!

Ekzema daxili tarazlığın pozulması nəticəsində yaranan dəri xəstəliklərindən biridir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, İbn Sina bu xəstəliklərin müalicəsində daxili təmizlənmənin vacibliyini vurğulayaraq qeyd edirdi ki, “dəri xəstəlikləri mədə və bağırsaqlar təmizlənmədən tam sağalmaz” və “müalicənin açarı qan və ödün artıqlıqlardan təmizlənməsidir”. Dəri bədənin daxili sağlamlığını əks etdirən güzgü rolunu oynayır.

Ekzemanın əsas səbəbləri arasında qaraciyərin həddindən artıq istiləşməsi, qanın çirklənməsi və orqanizmin susuz qalması var. Ona görə də müalicə təkcə xarici tətbiqlərlə deyil, daxili balansın qorunması ilə də aparılmalıdır. Bu məqsədlə jujube və goji berry kimi təbii qidalar mühüm rol oynayır.

Jujube qanı sakitləşdirir, qaraciyəri rahatlaşdırır və toksinləri təmizləyərək qanın həddindən artıq istiləşməsinin qarşısını alır. Eyni zamanda hüceyrələrin bərpasına kömək edir. Goji berry isə qaraciyəri qidalandırır, dərini daxildən nəmləndirir və quruluq səbəbindən yaranan qaşıntıları azaldır.

Ekzemanın müalicəsində həyat tərzi və qidalanma vərdişlərinin dəyişdirilməsi də vacibdir. Kimyəvi yuyucu vasitələrdən və süni sabunlardan uzaq durmaq, həddindən artıq ədviyyatlı və qızardılmış qidaları azaltmaq, bağırsaq sağlamlığı üçün tərəvəz və fermentləşdirilmiş qidalara üstünlük vermək tövsiyə olunur. Stressi azaltmaq və su istehlakını artırmaq da dərinin bərpasını sürətləndirə bilər.

Jujube və goji berry ilə hazırlanan kompot ekzema müalicəsində dəstəkləyici vasitə ola bilər. Bunun üçün 120 qram jujube və 25 qram goji berry 30 dəqiqə qaynadılaraq səhər və axşam istehlak edilməlidir. Təsiri artırmaq üçün tərkibə tamarind, kişmiş, qarğıdalı, şüyüd və anis əlavə etmək mümkündür.

Dəri sağlamlığı yalnız xarici deyil, daxili balansdan da asılıdır. Daxildən dəstək göstərməklə dəri xəstəliklərinin qarşısını almaq və daha sağlam dəriyə sahib olmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az