Tibbi xəbərlər
Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
Tibbi xəbərlər
362

Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb

İsveçin Karolinska İnstitutunun alimləri dərinin səthində bədxassəli melanomanın biomarkerlərini tuta bilən mikroiynəli yeni növ plastır hazırlayıblar.

E-saglam.az xəbər verir ki, plastır bədxassəli melanoma üçün mühüm biomarker olan tirozinazı aşkarlaya bilən mikroiynələrlə təchiz olunub. Bu, melanositlərdən - melanin istehsal edən dərinin piqment hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Dəridə birbaşa ferment səviyyələrini ölçməklə, xəstəliklə bağlı dəyişikliklər tez bir zamanda müəyyən edilə bilər.

İnkişaf artıq sağlam könüllülərdən götürülmüş insan toxuması nümunələri üzərində sınaqdan keçirilib. Əvvəlcə alimlər tirozinazanı birbaşa dəriyə tətbiq ediblər və sonra onun səthinə plastır qoyublar. Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur çox ağrılı deyil. Bundan əlavə, plastırın istifadəsi ənənəvi biopsiya ilə müqayisədə diaqnostik nəticələri daha tez əldə etməyə imkan verir.

Mənbə: Gazeta.ru /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun