Xəstəliklər
Dəri ləkəsi xərçəngə səbəb ola bilir
Xəstəliklər

Dəri ləkəsi xərçəngə səbəb ola bilir - bu 5 əlamətə diqqət

Bəzi dəri xəstəliklərinin ciddi problemlərə gətirib çıxardığı məlum olub.

E-saglam.az xəbər verir ki, dəri xəstəliklərinin xərçəngə səbəb ola biləcəyi də üzə çıxıb.

Hətta, bəzi dəri ləkələri xərçəng xəstəliyinin əlaməti sayıla bilir. Xüsusilə, melanoma adlı xərçəngə yoluxanlarda dəri ləkələri sonradan bədxassəli şişə çevrilə bilir. Ümumiyyətlə, bu xəstəlik mövcud xalın dəyişməsi və ya dəridə yeni xalın yaranması ilə yaranır. Lakin erkən diaqnoz qoymaqla bunun öhdəsindən gəlmək olur.

Dəridəki ləkələrin xərçəng xəstəliyinin əlaməti olub-olmadığını bilmək üçün isə 5 yol var: 

1. Asimmetriya - Yəni ləkənin iki yarısı simmetrik deyilsə
2. Sərhəd - Ləkənin kənarları nizamsız və ya aydın deyilsə
3. Rəng - Ləkədə birdən çox rəng və ya rəng dəyişikliyi varsa
4. Diametr - Ləkənin ölçüsü 6 mm-dən böyükdürsə
5. Təkamül - Yəni bir müddət sonra ləkənin ölçüsü, forması və ya rəngində hər hansı dəyişiklik olarsa

Əgər ləkə bu xüsusiyyətlərdən hər hansı biri varsa, dermatoloq və ya həkimə müraciət etmək tövsiyə olunur. / Hit.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun