Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.
E-saglam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, hazırda həkimlər tərəfindən lazımı tədbirlər görülür.
12:11
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
"Report" xəbər verir ki, deputat ötən gün Mərkəzi Klinikaya yerləşdirilib.
Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.