Tibbi xəbərlər
Tibbi xəbərlər

Deputat karantin cərimələrinin silinməsinin şərtlərini AÇIQLADI - VİDEO

“Gürcüstanda karantin cərimələrinin silinməsi barədə qərar humanist olduğu qədər də çox təhlükəlidir. Çünki cərimənin tətbiq edilməsində dövlətlərin əsl məqsədi büdcəyə hansısa maliyyə gəlirinin gətirilməsi deyil, insanları qaydaları pozmaqdan uzaqlaşdırmaqdır”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, belə bir qərarın verilməsi dünyada pandemiya bitdikdən sonra məqsədəuyğun olardı:

“Son il yarım ərzində ölkəmizin regionda verilən qərarlarda, xüsusən də peyvəndlənmə prosesi ilə bağlı aparılan siyasətdə MDB məkanında birinci yerdə olduğunu nəzərə almaq lazımdır. Yeni dalğanın nə vaxt gələcəyini bilmədiyimiz halda belə bir qərarın verilməsi cəmiyyətlər üçün problem yarada bilər. Bunu nəzərə alaraq hər şey bitdikdən sonra, yəni koronavirus pandemiyasının başa çatdığı elan olunduqdan sonra ölkələrin belə humanist addımları atması daha uyğun olar”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun