“Yoluxma sayı aşağı düşdükcə və açıq havada təmasların riski azaldıqca növbəti yumşaldılmaların şahidi ola bilərik”.
E-saglam.az bildirir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, hazırda əhalinin 20-25 faizində virusa qarşı immunitet yoxdur:
“Peyvəndlənən insanların da sayı qənaətbəxşdir. Bunun üzərinə mövsümi amilləri də əlavə etsək, müsbət dinamikanın əldə olunmasını müşahidə edəcəyik. İmmuniteti olmayan şəxslərin siyahısına kiçik yaş qrupu da daxildir”.