Sosial
Deputat 3 yaşa qədər övladı olan valideynlərə güzəşt olunmasını
Sosial
184

Deputat 3 yaşa qədər övladı olan valideynlərə güzəşt olunmasını təklif edib

Azərbaycanda 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunur:

“Bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stressini artırır. Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir.

Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlansın. Ev əsaslı baxım dəstəklənməli, dayə və ailə yardım proqramları gücləndirilməli, uşaq bağçalarında uyğunlaşma mərhələli və fərdi şəkildə həyata keçirilməli, eləcə də uşağın psixoloji vəziyyəti nəzərə alınmalıdır”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun