
Yod orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Onun çatışmazlığı bir çox sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər bildirir ki, depressiya, unutqanlıq və daim soyuq ayaqlar yod çatışmazlığının əsas əlamətlərindən biri ola bilər.

E-saglam.az xəbər verir ki, tiroid hormonlarının istehsalı üçün yod lazımdır. Bu hormonlar maddələr mübadiləsini tənzimləyir və enerjinin bədəndə düzgün bölüşdürülməsinə kömək edir. Yod çatışmazlığı hormonların azalmasına səbəb olur ki, bu da yorğunluq, diqqət pozğunluğu və əhval dəyişikliyi kimi problemlərlə özünü göstərə bilər.
Bəzi insanlarda yod çatışmazlığı qan dövranına da təsir edir. Bu, xüsusilə əllərdə və ayaqlarda soyuqluq hissi ilə müşayiət olunur. Bədənin kifayət qədər oksigen ala bilməməsi zəiflik və yorğunluq yarada bilər.
Gündəlik qidalanmada yodun kifayət qədər qəbul edilməsi vacibdir. Dəniz məhsulları, süd məhsulları və yodlaşdırılmış duz bu ehtiyacı ödəməyə kömək edə bilər. Lakin bəzi qidaların tərkibində yod olmadığı üçün balanslı qidalanmağa diqqət yetirilməlidir.
Yod çatışmazlığını müəyyən etmək üçün tibbi müayinədən keçmək və ehtiyac olduqda həkim məsləhəti ilə yod əlavələri qəbul etmək vacibdir. Sadə bir mineral kimi görünsə də, yod bədən üçün həyati əhəmiyyət daşıyır və sağlamlığın qorunması üçün kifayət qədər qəbul edilməlidir.
Tərcümə: Könül Oruc