Xəstəliklər
Dəniz suyu hansı xəstəliklərə səbəb ola bilər? -
Xəstəliklər

Dəniz suyu hansı xəstəliklərə səbəb ola bilər? - İnfeksionistdən XƏBƏRDARLIQ

Dəniz suyu müxtəlif xəstəliklərə, məsələn, mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Vladimir Neronov danışıb.

Onun sözlərinə görə, dəniz suyu həm də qulaqlarda iltihaba səbəb ola bilər.

Həkim qeyd edib ki, dəniz suyunun tərkibində olan bakteriyalar, hətta patogenlər belə xəstəliklərə səbəb ola bilər. Onlar dənizdə üzən insanlar üçün müxtəlif infeksiyaların mənbəyidir.

Dəniz suyunun çirklənməsi problemi də mövcuddur. Bu, inkişaf etmiş ölkələr üçün də aktualdır. İnfeksionist bildirib ki, dəniz suyunda bakteriyalar, viruslar, kimyəvi maddələr və ya digər çirkləndiricilər ola bilər ki, bu da onlarla təmasda olduqda infeksiyalara və ya digər xəstəliklərə səbəb olur.

İnfeksionist əlavə edib ki, əgər su kifayət qədər təmizlənməyibsə, orada çimmək sağlamlıq üçün təhlükəlidir.

Mənbə: news.ru /Oxu.Az

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun