Tibbi xəbərlər
Dəmir çatışmazlığının
Tibbi xəbərlər
560

Dəmir çatışmazlığının əlamətləri nələrdir?

Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən mineral çatışmazlıqlarından biridir. Bədəndəki dəmirin əsas hissəsi hemoqlobində cəmləşir. Bədən özü dəmir istehsal edə bilmədiyi üçün onu qida vasitəsilə qəbul etmək vacibdir.

E-saglam.az xəbər verir ki, terapevt və kardioloq İrina Çekmaryovanın sözlərinə görə, bu çatışmazlığın ilk və ən çox rast gəlinən əlaməti yorğunluqdur. Bundan əlavə, solğun dəri və selikli qişalar da bu problemin göstəricisi ola bilər.

Həmçinin saç və dırnaqlardakı dəyişikliklərə diqqət yetirmək lazımdır. Dəmir çatışmazlığı saçın zəifləməsinə, dırnaqların kövrəkləşməsinə və sınmasına səbəb ola bilər.

Bundan başqa, fiziki fəaliyyət zamanı nəfəs darlığı və sürətli ürək döyüntüsü də bu çatışmazlığın əlamətləri sırasındadır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun