Koronavirusun Hindistanda meydana çıxan "Delta" variantından sonra simptomları dəyişib.
E-saglam.az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, qoxu və ya dadbilmənin itməsi, qızdırma və öskürək artıq ən çox görülən simptomlar deyil.
Eyni zamanda, yeni ştamm simptomları baxımından daha çox soyuqdəyməyə bənzəyir, bu səbəbdən çox insan həkimlərə müraciət etmir:
"Koronavirus hazırda tamamilə fərqli bir şəkildə hərəkət edir: daha çox gənclərə yoluxan virus soyuqdəymənin ağır formasına bənzəyir", - deyə professor Tim Spektor bildirib.