Tibbi xəbərlər
Davamlı şişkinlik günahsız deyil –
Tibbi xəbərlər
361

Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!

Boyun, qoltuqaltı və ya qasıq bölgəsində uzun müddət keçməyən, ağrısız şişliklər lenfomanın xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, hematologiya mütəxəssisi Prof. Dr. Əli Uğur Ural xəstəliyin əlamətləri və erkən diaqnozun əhəmiyyəti barədə vacib açıqlamalar verib.

Lenfoma nədir?

Prof. Dr. Ural bildirir ki, lenfoma – immun sistemimizin bir hissəsi olan limfa toxumalarından qaynaqlanan və ən çox rast gəlinən hematoloji xərçəng növlərindən biridir. Lenfomalar iki əsas qrupa bölünür:

1. Hodgkin lenfoma

2. Hodgkin olmayan lenfoma

Səbəbsiz arıqlama, tərləmə və halsızlıq təhlükə siqnalıdır

Xəstəliyin əsas əlaməti limfa düyünlərinin böyüməsidir. Bu şişliklər adətən ağrısız olur və özbaşına yoxa çıxmır. Ən çox boyun, qoltuqaltı və qasıq bölgələrində rast gəlinir. Bundan başqa,

- səbəbsiz arıqlama,

- gecə tərləmələri,

- uzunmüddətli qızdırma və

- xroniki halsızlıq da lenfomanın əlamətləri sırasındadır.

Diaqnoz necə qoyulur?

Prof. Dr. Ural qeyd edir ki, ilkin olaraq fiziki müayinə, qan testləri və görüntüləmə üsulları tətbiq olunur. Ancaq dəqiq diaqnoz limfa düyünündən götürülən biopsiya nəticəsində müəyyən edilir. Daha sonra xəstəliyin növü və mərhələsi təyin edilir, xəstəyə uyğun müalicə planı hazırlanır.

Müalicədə uğur mümkündür

Son illərdə lenfomanın müalicəsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Prof. Dr. Ural bu sahədə istifadə olunan üsulları sadalayır:

- Kimyaterapiya

- İmmunoterapiya

- Hədəfli müalicə metodları

- Radiasiya terapiyası (bəzi hallarda)

Erkən diaqnoz müalicənin uğurunda əsas rol oynayır.

Hər il 600 min yeni xəstə aşkarlanır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, lenfoma dünyada ən çox yayılan 10 xərçəng növündən biridir. Hər il təxminən 600.000 yeni Hodgkin olmayan lenfoma hadisəsi qeydə alınır.

Gecikməyin – şişlik varsa, həkimə gedin!

Prof. Dr. Ural sonda limfa düyünlərində səbəbsiz şişkinlik hiss edən hər kəsi gecikmədən hematoloqa müraciət etməyə çağırır. Çünki lenfomanın erkən aşkarlanması xəstəliyin gedişatını dəyişə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun