Qidalanma
Damarlarımızı öldürən- QİDAlar
Qidalanma

Damarlarımızı öldürən- QİDAlar

E-saglam.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.

1. Şəkər

Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar. Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur. 

2. Spirtli içkilər

Bir çox insanlar fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları “təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.

3. Trans-yağlar

Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fast-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.

4. Kolbasa, sosis, vetçina və s.

Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun