Bu vasitələrdən biri cəfəri, sarımsaq və limon qarışığıdır. Bu qarışığın resepti tanınmış rusiyalı alim, bioloq, kimyaçı Boris Bolotovun kitabından götürülüb.
E-saglam.az sizə bu resepti təqdim edir.
3 dəstə cəfəri, 2 limon, 1 baş sarımsaq, 1 x.q. bal götürülür. Cəfəri, limon (qabıqlı) və sarımsaq blenderdən keçirilir, bal əlavə olunur, qarışdırılır. Qarışığı 3 gün sərin qaranlıq yerdə saxlayın, vaxtaşırı qarışdırın. 3 gündən sonra qarışıq hazırdır.
Hər səhər acqarına bu qarışıqdan 1 x.q. götürüb 1 stəkan suya salın, qarışdırın və için. Bunu 1 ay ərzində etmək lazımdır. Qarışıq qurtarana yaxın yeni porsiya hazırlayın./saglamolun.az/