Tibbi xəbərlər
Dalaq yerinə qaraciyəri çıxarıldığı iddia edilən xəstə öldü -
Tibbi xəbərlər
305

Dalaq yerinə qaraciyəri çıxarıldığı iddia edilən xəstə öldü - ABŞ-də tibbi qalmaqal

Floridada 70 yaşlı xəstənin əməliyyat zamanı dalağı yerinə qaraciyəri çıxarıldığı üçün dünyasını dəyişdiyi iddia edilib. Ötən illərdə analoji səhvi üzə çıxan həkimlə bağlı araşdırmalara başlanılıb.

E-saglam.az xəbər verir ki, ABŞ-ın Florida ştatında baş verən inanılmaz tibbi səhv 70 yaşlı Uilyam Brayanın həyatı bahasına başa gəlib.

Vəkilinin verdiyi açıqlamaya görə, həkim Tomas Şaknovski Brayan əməliyyatı zamanı xəstənin ölümünə səbəb olan səhv orqanı çıxarıb. Brayanın dalağında problem yarandığı üçün avqust ayında cərrahiyyə əməliyyatı tövsiyə olunub. Vəkil bildirib ki, xəstə əvvəlcə bu fikrə həvəsli olmasa da, sonradan həkimlər tərəfindən razılaşdırılıb.

Vəkil iddia edib ki, həkim avqustun 21-də “qapalı dalaq əməliyyatı” kimi tanınan “laparoskopik splenektomiya” üsulu ilə əməliyyat keçirib, lakin əməliyyat zamanı Uilyamın dalağı əvəzinə qaraciyərini çıxarıb.

2023-cü ildəki əməliyyatda həkimin başqa bir xəstənin böyrəküstü vəzinin bir parçası yerinə mədəaltı vəzinin bir parçasını çıxardığı və bu hadisənin gizli şəkildə həll edildiyi iddia edildi.

Xəstəxana rəsmiləri iddialarla bağlı araşdırma başlatdıqlarını bildiriblər. Brayan ailəsi məsul həkimin işdən çıxarılmasını tələb edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun