Tibbi xəbərlər
Daimi soyuqluq hissi və çəki artımı təhlükəli bir xəstəliyin
Tibbi xəbərlər
336

Daimi soyuqluq hissi və çəki artımı təhlükəli bir xəstəliyin xəbərçisi ola bilər

Çəki artımı və daimi soyuqluq hissi illər boyu gözə dəyməyən "görünməz" xəstəliyin həyəcan verici simptomlarıdır.

E-saglam.az xəbər verir ki, Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətinə görə, bunlar hipotiroidizm olaraq da bilinən qeyri-aktiv tiroidin iki klassik əlamətidir.

Qalxanabənzər vəz boyunda yerləşən kiçik bir vəzdir. Onun əsas vəzifələrindən biri orqanizmdə maddələr mübadiləsini, yəni qidanın enerjiyə çevrilməsi prosesini tənzimləməyə kömək edən hormonlar yaratmaqdır.

Hipotiroidizm ilə orqan kifayət qədər hormon istehsal etmir. Bu vəziyyətin ən çox görülən əlamətləri yorğunluq, çəki artımı və depressiya hissləridir. Mütəxəssislərin fikrincə, bu simptomlar asanlıqla göz ardı edilə bilər və ya başqa problemlərlə qarışdırıla bilər.

Simptomlar adətən yavaş-yavaş inkişaf edir və illərlə sağlamlıq probleminizin olduğunu dərk edə bilməzsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun