Xəstəliklər
Daim başı ağrıyanlar DİQQƏT -  Bu qidaları yeyin
Xəstəliklər

Daim başı ağrıyanlar DİQQƏT - Bu qidaları yeyin

Baş ağrılarının bir səbəbi də orqanizmdə enerji yetməzliyidir.

Növbəti dəfə baş ağrısı tutması zamanı ağrıkəsicilərə qaçmaq əvəzinə, daha təbii, zərərsiz metodu sınayın. Qidalanmanızı dəyişin və baş ağrısına qarşı effektiv qidaları çox qəbul edin.

E-saglam.az qida ilə baş ağrıları ilə mübarizə aparmağın yollarını təqdim edir.

- Maqniy ilə zəngin qidalar

Orqanizmində maqniy çatışmayan insanda baş ağrısı. miqren və spazmlar olur. Bu zaman qan damarları sıxılır. Maqniy isə damarları boşaldır, qan dövranını yaxşılaşdırır, beyni oksigenlə təmin edir.

Maqniy ilə zəngin qidalar qoz, fındıq, badam, ərik qurusu, banan, avokado, günəbaxan, yabanı düyüdür.

- Kaliylə zəngin qidalar

Orqanizm susuzlaşanda kaliy yuyulub gedir. Bu zaman sizin beyniniz də xroniki susuzluqdan əziyyət çəkir. Qanda kaliy az olduqda ürək, damar və beyin normal işləmir. Əgər siz gündə cəmi 300 ml su içirsiz və başınız ağrıyırsa, deməli, birinci növbədə suyu artırmalısız.

Kaliylə zəngin qidalar: qabıqlı bişmiş kartof, göyərti, tərəvəz, mineral su, portağal, banandır.

- Şəkərlə qara çay

Bu içki baş ağrılarına qarşı universal vasitədir.

Belə ki, tünd çay dəminə qənd əlavə etdikdə, katexinlər hasil olur, bu da ağrıkəsici, antimikrob təsir edir. Ona görə baş ağrıdıqda, tünd şirin çay için.

- Kalsiumla zəngin qida

Kəllə sümüyü və onu əhatə edən əzələlər kalsium çatışmazlığından gərginlik spazmları keçirə bilər.

Belə ağrı zamanı gözlərə ağırlıq çökür, alın sanki içəridən qırışır və siz onu gərginlikdən rahat saxlaya bilmirsiz.

Kalsium defisitin doldurmaq üçün süd məhsulları, sümük, xaş, ət məhsulları yeməli, eləcə də kalsium preparatı qəbul edə bilərsiz. /medicina.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun