Tibbi xəbərlər
Daha gözəl görünmək istəyən qadın burnunu və dodağını itirmə təhlükəsi ilə üzləşdi
Tibbi xəbərlər

Daha gözəl görünmək istəyən qadın burnunu və dodağını itirmə təhlükəsi ilə üzləşdi

Görünüşünü yaxşılaşdırmaq üçün kosmetoloqa müraciət edən qadın bu qərarının acı nəticələrini bölüşüb.

E-saglam.az-ın məlumatına görə, bu barədə “Daily Mail” xəbər yayıb

Liverpul sakini Liya Morton xüsusi bir dolğu vasitəsi ilə burun şəklini dəyişdirmə proseduru həyata keçirib. Ancaq sonra burnunda ağrı hiss edib və narahatlıq səbəbindən bütün gecəni yata bilməyib.

Səhəri qadın gözəllik salonuna yenidən müraciət etdikdə orada bunun normal reaksiya olduğuna əmin ediblər.

Ertəsi səhər isə Morton burnunda ağ suluq əmələ gəldiyini görüb və xəstəxanaya müraciət edib. Orada bunun toxuma nekrozunun başlanğıcı olduğu ortaya çıxıb.

Həkimlərin fikrincə, vurulan dolğu burunun içindəki qan damarının yolunu bağlayıb və bu da damarların tıxanmasına səbəb olub. Mütəxəssislər dolğu maddəsini əridiblər və hiperbarik oksigenləşmənin keçməsini təyin ediblər.

Morton bu hekayəsini paylaşmaqla qadınları qeyri-mütəxəssislərin yanına getməkdən çəkindirmək istədiyini bildirib.

“Az qala burnumu və üst dodağımı itirəcəkdim və hələ bilmirəm ki, bu müalicə dərimin təbii rəngini qaytaracaq, ya yox. Artıq altı həftədir ki, evən çıxmıram, halbuki hər zaman özümə əmin insan olmuşam. Kosmetoloji prosedurlar belə riskə dəyməz”, - deyə qadın sözlərini yekunlaşdırıb./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun