Tibbi xəbərlər
Daha əvvəl əməliyyat olunan xəstə KTM-də uğurlu
Tibbi xəbərlər
335

Daha əvvəl əməliyyat olunan xəstə KTM-də uğurlu əməliyyat edildi

Daha əvvəl digər müəssisədə Hemorroidektomiya əməliyyatı icra olunmuş xəstədə əməliyyat sonrası anal kanalın diametrinin stenozu – daralması baş verib.

Mərkəzdən E-saglam.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzə müraciət edən xəstədə müayinələrdən keçirildikdən sonra 4-cü dərəcə anal stenoz müşahidə edilib. Bu səbəbdən xəstəyə mürəkkəb bir əməliyyat hesab edilən Anoplastika təyin edilib.

KTM-in ümumi cərrah, proktoloqu Nəzakət Abdullayevanın iştirakı ilə keçirilən Anoplastika əməliyyatı ilə anal kanalın dəri-dərialtı toxumadan hazırlanmış fleplə bərpası uğurla icra edilib.

Əməliyyatdan sonra xəstənin stasionar müalicələri davam etdirilib, səhhətində yaxşılaşma müşahidə edilib, hər hansı narahatlıq və ya ağırlaşma baş verməyib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun