Tibbi xəbərlər
Daha bir vaksinin istifadəsinə icazə verildi
Tibbi xəbərlər

Daha bir vaksinin istifadəsinə icazə verildi

Çinin dərmanların keyfiyyətinə nəzarət edən müvafiq qurumu COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.

E-saglam.az publika.az-a istinadən xəbər verir ki, Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələ kliniki sınaqları aparılır. İndiyədək olan nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib.

“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun