Xəstəliklər
Daha bir naməlum xəstəlik yayıldı
Xəstəliklər

Daha bir naməlum xəstəlik yayıldı

Kanadanın Nyu-Brunsvik əyalətinin həkimləri, əvvəllər bilinməyən bir xəstəliyin regionda yayıldığını açıqlayıblar.

E-saglam.az bildirir ki, ilk dəfə 2015-ci ildə qəribə bir xəstəlikdən danışmağa başlayıblar.

O vaxt sinir pozuntusu ilə əlaqəli yalnız bir neçə hal müəyyən edilib. Hazırda xəstələrin sayı onlarla nəfərdir. Bundan əlavə, altı ölüm hadisəsi qeydə alınıb.

Xəstəliyin yayılma coğrafiyası olduqca dardır. Daha çox Nyu-Brunsvik əyalətinin iki sahil bölgəsinin sakinləri həkimlərə müraciət edirlər

Mütəxəssislər sürətlə inkişaf edən əqli zəiflik və digər psixi pozuntuları aşkar edirlər.

Xəstələrin çoxu yuxusuzluq, görmə qabiliyyəti və hərəkətverici funksiyasının pozulmasından şikayətlənirlər.

6 ildir ki, həkimlər xəstəliyi müəyyənləşdirə bilmirlər. Həqiqət budur ki, hər dəfə xəstəlik özünü yeni əlamətlərlə göstərir.

Hətta yarılma proseduru problemi həll etməyə kömək etmir. // Lent.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun