Tibbi xəbərlər
Daha bir klinikada rentgen-müayinə fəaliyyəti
Tibbi xəbərlər
2627

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - Fotolar

Pozuntularla əlaqədar daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

E-saglam.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Belə ki, keçirilən nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.





E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun