Faydalı
Dadı və faydası ilə qara çayı geridə qoyan mükəmməl çay:
Faydalı

Dadı və faydası ilə qara çayı geridə qoyan mükəmməl çay: İçənlər heyran qalır

Son dövrlərdə moruq yarpaqlarından hazırlanan çay populyarlıq qazanıb və sağlamlıq faydaları ilə diqqət çəkir.

E-saglam.az xəbər verir ki, bu çay immuniteti gücləndirir, soyuqdəymə və infeksiyalara qarşı təsirli olur. Tərkibindəki vitamin və minerallar sayəsində bədəni toksinlərdən təmizləyir, həzm sistemini dəstəkləyir və menstruasiya zamanı ağrıları azaldır. Eyni zamanda, qan dövranını yaxşılaşdırır və daxili iltihablarla mübarizə aparmağa kömək edir.

Moruq çayı hazırlamaq üçün 1 xörək qaşığı qurudulmuş və ya təzə moruq yarpağını 1 stəkan qaynar suya əlavə edin və 5-10 dəqiqə dəmləyin. Dadını artırmaq üçün bal və ya limon əlavə edə bilərsiniz.

Qeyd: Bununla belə, hamiləliyin son dövründə olanlar, mədə problemləri yaşayanlar və qan təzyiqi aşağı olanlar bu çayı ehtiyatla istehlak etməlidirlər. Moruq çayı faydalı olsa da, bəzi insanlar üçün yan təsirləri ola bilər, ona görə də həddindən artıq istehlak edilməməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun