Tibbi xəbərlər
D vitamini ürək xəstəliklərindən qoruyur?
Tibbi xəbərlər
246

D vitamini ürək xəstəliklərindən qoruyur?

"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, iki il ərzində D vitamini əlavələrinin qəbulu dozadan asılı olmayaraq ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "American Journal of Preventive Cardiology" məlumat yayıb.

D vitamini əlavələrinin ürəyə təsirini qiymətləndirmək üçün tədqiqatçılar maddənin daha yüksək dozalarının ürəyin zədələnməsini və gərginliyini göstərən qanda iki xüsusi zülalın səviyyəsini aşağı salıb-azaltmadığını araşdırıblar.

Təhlil böyüklərdə ürək-damar xəstəlikləri riskini azaltmaqda D vitamini əlavəsinin effektivliyini təsdiqləməyib. Tədqiqatçılar qeyd ediblər ki, D vitamini səviyyəsinin aşağı olması ürək xəstəliyinin erkən göstəricisi ilə əlaqələndirilir. Bununla belə, iki illik tədqiqat dövründə məqsədyönlü əlavələr, dozadan asılı olmayaraq, ürək-damar sağlamlığının heç bir əlamətinə təsir göstərməyib.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun