Çox vaxt körpələrə 2 yaşa qədər profilaktik dozada D vitamini təyin edərkən valideynlər hər hansı həkimin göstərişi ilə "əmgəyi balacadır" deyərək D vitaminini kəsirlər.
Bu sözləri E-saglam.az-a açıqlamasında Pediatr Xəyalə Nağıyeva deyib.
Onun sözlərinə görə, uşaqlara profilaktik məqsədlə verilən aşağı dozada olan D vitamini əmgəyin gec və ya tez bağlanmasına heç bir mənfi təsir göstərmir: "Ümumiyyətlə əgər uşağınızın baş dairəsi hər ay yaşına uyğun olaraq normal ölçü çərçivəsində artırsa, əmgəyin gec və ya tez bağlanması hər hansı bir xəstəlik əlaməti kimi qiymətləndirilmir".
Pediatr deyib ki, bəzən əmgəyə dair olaraq uşaqlara gərəksiz olaraq müalicələr yazılır və gələcəkdə valideynlər bunun fəsadı ilə üzləşirlər: "Bunun üçün yenidoğulmuş körpənizi ilk 6 ayına kimi hər ay həkim müayinəsindən keçirtməyinizi məsləhət görürük. Məqsədimiz əmgəklə əlaqəli boşuna aparılan çoxsaylı gərəksiz müalicələrə məruz qoyulmuş körpələrin sayını azaltmaqdır".
Könül Oruc