E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, çuğundur böyük qida dəyəri və bir çox sağlamlıq faydaları ilə seçilir.
Çuğundurun sağlamlığa müsbət təsirləri bunlardır:
Qan təzyiqini azaltma təsiri
Tərkibindəki nitratlar sayəsində çuğundur qan damarlarını genişləndirərək qan təzyiqini aşağı sala bilir. Bu xüsusiyyət ürək sağlamlığını dəstəkləyə və ürək-damar problemləri riskini azalda bilər.
Antioksidantla zəngindir
Beta-karoten və C vitamini ilə zəngin olan çuğundur bədəni sərbəst radikallardan qoruyan güclü antioksidant mənbəyidir. Hüceyrələrin zədələnməsini azalda və immunitet sistemini gücləndirə bilər.
Dəmir və fol turşusu mənbəyi
Çuğundurun tərkibində dəmir və folat kimi minerallar var. Bu xüsusiyyətləri sayəsində qan əmələ gəlməsini dəstəkləyərək anemiya riskini azalda bilər.
Məşq performansını artıran effekt
Çuğundurun tərkibindəki nitratlar əzələlərə daha çox oksigen daşıyaraq məşq performansını yaxşılaşdıra bilər. İdmançıların dözümlülük səviyyələrini yaxşılaşdırmaqda təsirli ola bilər.
Həzm sistemini dəstəkləyir
Liflə zəngin olan çuğundur həzm sistemini tənzimləyə və bağırsaq sağlamlığını dəstəkləyə bilər. Qəbizlik problemlərini azalda və həzm prosesini asanlaşdıra bilər.
Xərçəng riskini azaltmaq üçün potensiala malikdir
Çuğundurun tərkibindəki antioksidantlar bağırsaq və qaraciyər xərçəngi riskini azalda bilən xüsusiyyətlərə malikdir. Bu şəkildə xərçənglə mübarizədə mühüm rol oynaya bilər.
Qeyd edək ki, çuğundurun sağlamlıq üçün bu üstünlükləri müntəzəm və balanslı bir pəhrizin vacibliyini bir daha vurğulayır. Bununla belə, hər hansı bir qidanın həddindən artıq istehlakından qaçınmaq və fərdi sağlamlıq vəziyyətini nəzərə almaq həmişə vacibdir.
Tərcümə etdi: Könül Oruc