Toksikoloq Mixail Kutuşov Lenta.ru ilə söhbətində xəbərdarlıq etdi ki, fiziki hərəkətsizlik, yuxu rejiminə əməl etməmək və başqaları kimi bir sıra gündəlik vərdişlər sağlamlığa son dərəcə mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, o, həmçinin gigiyena və qidalanmaya daha diqqətli olmağa çağırıb.
Ən çox yayılmış və zərərli vərdişlərdən biri düzgün qidalanmamaqdır. Həkim bildirib ki, doymuş yağ, şəkər və duzda yüksək olan qidaların müntəzəm istehlakı, həmçinin təzə meyvə, tərəvəz və lif çatışmazlığı piylənmə, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və digər maddələr mübadiləsi pozğunluqlarının inkişafına səbəb olur.
Həkimin fikrincə, gec yatmaq və tez oyanmaq vərdişi həm də ürək-damar xəstəliklərinin inkişaf riskini artırır və eyni zamanda koqnitiv funksiyanı pozur, depressiya və digər psixi pozğunluqların inkişaf ehtimalını artırır.
“Hipodinamiya, yəni kompüterdə işləmək, uzun müddət avtomobil idarə etmək və ya televizora baxmaqla bağlı oturaq həyat tərzi əzələ kütləsinin azalmasına, ürək-damar sisteminin zəifləməsinə, maddələr mübadiləsinin pozulmasına və piylənmənin inkişafına səbəb olur. Bu vərdiş çox vaxt müntəzəm fiziki fəaliyyətin olmaması ilə müşayiət olunur ki, bu da vəziyyəti daha da ağırlaşdırır”, - Kutuşov bildirib.
Toksikoloq düzgün olmayan gigiyena vərdişlərini də təhlükəli adlandırıb. Əllərin düzgün və nizamsız yuyulması, şəxsi gigiyena qaydalarına məhəl qoyulmaması, onun izah etdiyi kimi, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
Tərcümə: Könül Oruc