Cəmiyyətdə hər infarkt hadisəsindən sonra Covid peyvəndlərinin infarkt riskini artırması ilə bağlı narahatlıqlar artır. Prof. Dr. Özgür Mehtap damar tıxanıqlığının təhlükəli ölçüsü, xüsusən də Covid-19 pandemiyasından danışıb.
E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, pandemiyadan sonra 5 ildə infarkt və damar tıxanmalarından ölüm nisbətləri artıb. Bu virusa yoluxmuş insanlar sağlam insanlardan 33 dəfə daha çox venoz tıxanıqlığından əziyyət çəkir.
Dünyada ölümlərin 25 faizinin səbəbi damarların laxtalanma (tromboz) ilə tıxanmasıdır. Yəni dünyada hər 4 ölümdən biri damar tıxanması səbəbindən baş verir.
Prof. Dr. Mehtap damarların tıxanmasının çox əhəmiyyətli bir sağlamlıq problemi olduğuna diqqət çəkib: "Damarların laxtalanma ilə tıxanması olan tromboz ürək damarlarında meydana gəldiyində infarkt keçirər, beyin damarlarında meydana gəldiyində isə iflic keçirər. Ağciyər damarlarında meydana gəldiyində (emboliya), tənəffüs çatışmazlığına səbəb olur və bu vəziyyətlər bəzən ölümə gətirib çıxara bilir.
Tromboz baxımından ən riskli qrupun yaşlı insanlardır. Yaşdan başqa, yemək vərdişləri (hiperkolesterolemiya), piylənmə, hərəkətsizlik, siqaret, anadangəlmə və ya genetik meyl pozğunluqları kimi ətraf mühit faktorları laxtalanma meylinin artmasına səbəb ola bilər".
COVİD OLANLARDA RİSK 33 DƏFƏ ARTIR
Covid-19 pandemiyasından sonra son 5 ildə infarkt, insult və damar tıkanıklığı (venoz tromboemboliya) səbəbiylə ölüm nisbətlərinin yaşa görə artdığını qeyd edən Prof. Dr. Mehtap aşağıdakı mühüm detalları açıqladı:
"Bu artım kiçik damarlarda tıxanma və Covid-19 virusunun səbəb olduğu damarların tutulması, iltihab ilə bağlı ürək əzələ toxumasının iltihabı (miokardit) ilə əlaqələndirildi. Ağır Covid-19 xəstələrində ilk həftədə venoz tıxanmalarla qarşılaşma ehtimalı sağlam insanlara nisbətən 33 dəfə yüksəkdir. Bu risk azalmağa davam edir və virusa görə artacağı düşünülən bu ölüm nisbətlərinin coviddən bir il sonra sağlam insanlarla müqayisədə 2 dəfə yüksək olduğu müşahidə edilir. Zəiflədikcə geriləyəcəkmi, bunu zaman göstərəcək”.
Peyvəndlərin SƏBƏB OLDUĞUNA DAİR SÜBUT YOXDUR
Covid-19 pandemiyası ilə birlikdə peyvəndlərin trombozu artırıb-artırmadığı ilə bağlı narahatlıqların da ortaya çıxdığını ifadə edən Dr. Mehtap bildirib ki, bununla bağlı heç bir dəlil yoxdur: "Çox nadir rast gəlinən adenovirusdan əldə edilən peyvəndlərin yaratdığı tromboza görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu cür dərmanların istifadəsində diqqətli olmağı və mRNT peyvəndləri ilə tromboz riskinin artmadığını bildirdi".
GÜNDƏ AZI 5 MİN ADDIM
Prof. Dr. Mehtap aşağıdakı təkliflərlə çıxış edib:
Gündə ən azı 5 min - 6 min addım atılmalıdır.
Oturaraq işləyirlərsə, ayağa qalxın və hər 2 saatdan bir 5-10 dəqiqə hərəkət edin.
Daha əvvəl venoz tıxanıqlığı olanlar üçün sıxılma corabları geymək həyat qurtara bilər.
Piylənmə, siqaret, karbohidrat və heyvan yağları ilə zəngin pəhriz kimi faktorları aradan qaldıracaq həyat tərzi dəyişiklikləri həyati əhəmiyyət kəsb edir.
Tərcümə: Könül Oruc