Xəstəliklər
Covid peyvəndindən sonra tromboz olmaması üçün nə etməli - Avropadan tövsiyələr
Xəstəliklər

Covid peyvəndindən sonra tromboz olmaması üçün nə etməli - Avropadan tövsiyələr

EMA – Avropa dərman vasitələri üzrə Agentliyi Covid AstraZeneca peyvəndi etdirən pasiyentlərdə tromboz olmaması üçün tövsiyələr sənədi hazırlayıb.

E-saglam.az xəbər verir ki, Oksford universitetinin alimləri peyvəndin ilkin dozasından sonra pasiyentlərin vəziyyətini izləməyi və trombozlaşmaya meyilliyin yaranıb-yaranmamasını yoxlamağı tövsiyə edir. Əgər tromboza meyillik oldusa və risk varsa, ikinci dozadan imtina etməlisiz.

Yeni təlimata əsasən trombositləri aşağı olan və tromboz müşahidə edilən xəstələrə covid 19 peyvəndi vurulmamalıdır. Əgər bu hal birinci dozadan sonra olarsa, ikinci doza olmamalıdır.

- Aşağı trombositli trombositopeniya trombozu olanlara AstraZeneka olunmamalıdır

- Vaksindən sonrakı 2 həftə ərzində istənilən pasiyentin qanında tromboz əlamətləri və trombositlərin sayı izlənilməlidir.

Peyvənddən sonrakı 2 həftədə aşağıdakı simptomlardan biri baş verərsə dərhal peşəkar tibbi yardıma müraciət edin:

- Döş qəfəsində ağrı

- Təngnəfəslik

- Qarında daim ağrı

- Güclü baş ağrıları, görmənin dumankanması, qıcolmalar

- Bədəndə, qol və ayaqlarda göyərmələr, qansızmalar, ləkələr./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun