
Uzun Covid keçirən insanlarda demens və erkən Alzheimer riskinin 5 qat artdığı müəyyən edilib.

E-saglam.az xəbər verir ki, ABŞ və digər ölkələrdə aparılan tədqiqatlar göstərir ki, Covid-19 xüsusilə yaşlılarda yaddaş, dil və icra funksiyalarını zəiflədir.
Nevrologiya mütəxəssisi Prof. Dr. Dilek Necioğlu Örken bildirir ki, infeksiya sonrası bəzi şəxslərdə yüngül diqqət pozuntuları müşahidə olunsa da, bəzilərində ciddi koqnitiv geriləmə baş verir. Beynin limbik sistemində və iybilmə yollarında həcmin azalması, infeksiyanın neyrodejenerativ təsirini göstərir.
Araşdırmalar göstərir ki, gənc yetkinlərdə əsasən diqqət pozulur, yaşlılarda isə yaddaş və dil bacarıqları zəifləyir. Xüsusilə qoxu duyğusunda problem yaşayan şəxslərdə bu təsirlər daha güclü olur.
Prof. Dr. Örken bu nəticələrin – Covid-19-un beynə uzunmüddətli və bəzən geri dönməz təsirlər buraxa biləcəyini göstərdiyini vurğulayır.
Tərcümə: Könül Oruc