Tibbi xəbərlər
COVID-19 əleyhinə bitki mənşəli peyvənd hazırlanıb
Tibbi xəbərlər
31

COVID-19 əleyhinə bitki mənşəli peyvənd hazırlanıb

Kanadalı molekulyar bioloqlar bitki mənşəli virusabənzər hissəciklərdən koronavirus əleyhinə peyvənd hazırlayıblar. Peyvənd klinik sınaqların ilk mərhələsində 200 könüllü üzərində sınaqdan keçirilib.

E-saglam.az-ın məlumatına görə, “Report” TASS agentliyinə istinadən xəbər verir ki, təcrübələrin nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Peyvəndin ikinci dozasının vurulmasından sonra könüllülərin əksəriyyətinin qanındakı anticisimlərin miqdarı COVID-19-dan sağalmış insanların plazmasındakı anticisimlərin miqdarından təqribən 10 dəfə çox olub.

Peyvənd vurulduqdan dərhal sonra iştirakçılardan birində yaranmış halsızlıq istisna olmaqla, ciddi yan təsirlər müşahidə olunmayıb.

Alimlər aşkar ediblər ki, peyvəndin bir dəfə vurulmasından sonra könüllülərin təxminən 60 faizinin qanında SARS-CoV-2-yə qarşı çox sayda anticisim yaranıb. İki inyeksiyadan sonra isə könüllülərin 91 faizində anticisimlər yaranıb.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun